DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya Yunanıstan və Slovakiyanın "əli ilə" Ukraynaya tank verəcək

© AFP 2023 / PETRAS MALUKASAlmaniyanın müdafiə naziri Kristin Lambrext
Almaniyanın müdafiə naziri Kristin Lambrext - Sputnik Azərbaycan, 1920, 09.10.2022
Abunə olmaq
Ukrayna Silahlı Qüvvələrinə növbəti yardım partiyası çərçivəsində Kiyevə hərbi texnika göndəriləcək.
BAKI, 9 oktyabr - Sputnik. Almaniyanın müdafiə naziri Kristin Lambrext Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım çərçivəsində Yunanıstan və Slovakiyadan IRIS-T hava hücumundan müdafiə sistemi və 100 tankın Ukraynaya tədarükünü açıq elan edib. Bu barədə məlumatı ABŞ-ın "CNN" telekanalı yayıb.
Lambrext Litvaya səfəri zamanı Ukraynaya hava hücumundan müdafiə sistemləri və tankların tezliklə tədarükü ilə bağlı açıqlama verib. Orada o, Litvanın müdafiə naziri Arvidas Anuşauskas və Baltikyanı ölkədə yerləşən alman hərbçiləri ilə görüşlər keçirib.
Almaniya Müdafiə Nazirliyinin rəhbəri lazım gəldikdə Litvaya tez bir zamanda yerləşdirilə biləcək yeni briqada yaradılması barədə məlumat verib.
"Biz ciddi dövrlərdə yaşayırıq və belə vaxtlarda müdafiədə boşluqlarımızın harada olduğunu bilmək də vacibdir. Hava hücumundan müdafiə - hərəkətə keçmək lazım olan sahələrdən biridir", - deyə Lambrext izah edib.
Bu yaxınlarda Almaniyanın NATO-dakı daimi nümayəndəsi Rudiger Keniq açıq şəkildə bəyan edib ki, Şimali Atlantika Alyansı, Ukraynaya birbaşa hərbi yardım göstərməməli və Kiyevi silahla təmin etməməlidir. Keniq hesab edir ki, bu cür hərəkətlər Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma üçün ciddi risk yarada bilər.
Bununla yanaşı, Keniq vurğulayıb ki, söhbət məhz alyansın birləşdirilmiş yardımından gedir, onun fikrincə, NATO-ya üzv olan bəzi dövlətlərin Kiyev hakimiyyətini hərbi tədarüklə təmin etmək hüququ var. Almaniyanın NATO-dakı daimi nümayəndəsi xəbərdarlıq edir ki, hətta Qərb ölkələrinin belə hərəkətlərinə indi böyük ehtiyatla yanaşmaq lazımdır.
Xəbər lenti
0