CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yağışlar başlayır - Hava proqnozu

© Sputnik / Murad OrujovBakıda yağışlı hava
Bakıda yağışlı hava - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Abunə olmaq
Ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Qərb küləyinin sürəti ayrı-ayrı yerlərdə 25 m/s-yə çatacaq.
BAKI, 8 oktyabr-Sputnik. Sabahdan hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, oktyabrın 9-u səhərdən 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-20 m/s, 10-da ayrı-ayrı yerlərdə 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.
Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludludur, əsasən yağmursuz hava müşahidə edilir.
Xəbər lenti
0