Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiyev hələ fevraldan əvvəl Rusiya Federasiyasına zərbələr endirməkdən danışıb

© AFP 2023 / GENYA SAVILOVKiyevdə Ukrayna bayrağı
Kiyevdə Ukrayna bayrağı - Sputnik Azərbaycan, 1920, 07.10.2022
Abunə olmaq
Kiyevin bir məqsədi var idi - Zaporojye AES kontekstində nüvə obyektini təhdid etmək üçün mümkün olan hər şeyi etmək və ondan sadəcə çirkli nüvə bombası kimi istifadə etmək.
BAKI, 7 oktyabr — Sputnik. Kiyev Zaporojye Atom Elektrik Stansiyasını (ZAES) çirkli nüvə bombasına çevirməyi planlaşdırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə günü "Birinci Kanal"da Ukrayna Prezidenti Vladimir Zelenskinin NATO-ya, Rusiyaya preventiv zərbələr endirmək barədə çağırışını şərh edərkən deyib.
"Zaporojye AES-in atəşə tutulmasında ekstremist davranışı bunu təsdiqləyir. Biz bu açılan atəşlərin qəsdən edildiyini, əsl nüvə şantajının olduğunu, mülki infrastruktur obyektinin nüvə enerjisi istehsal etdiyini və mülki obyektlərin fəaliyyəti üçün zəruri olduğunu nəzərə alaraq, terrorist kimi qiymətləndirilə biləcək hərəkətlərdən danışmışıq", – deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Kiyevin məqsədi nüvə obyektinə təhlükə yaratmaq və ondan sadəcə çirkli nüvə bombası kimi istifadə etmək üçün mümkün olan hər şeyi etmək idi.
"İndi kimlərin həqiqətən nə barədə düşündüklərinə şübhə qalmadı... Bu, reallığın qəbulunun qeyri-adekvatlığından və prinsipcə, nüvə silahının, nüvə enerjisinin nə olduğu barədə elementar anlayışın olmamasından xəbər verir", - deyə o bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi vəziyyətin Zelenskinin mətbuat katibi tərəfindən daha da gərginləşdirildiyini qeyd edib.
"Yəni, onun izahatından belə görünür ki, ölkəmizə qarşı qabaqlayıcı zərbə endirmək istəyi hələ bu ilin fevralından əvvəl rəsmiləşib. Bu, həmişə danışdığımız və ölkəmizə zərbə vurmaq üçün platsdarmın yaradıldığı barədə söhbətin dəqiq olduğunu sübut edir", - deyə o izah edib.
Zaxarova qeyd edib ki, Kiyev rejimi bir gün əvvəl öz fikirlərinin cinayət olduğunu birbaşa etiraf edib.
"Amma bu, canlı yayımda söylənildi. Burada artıq sözünün altından çıxa bilməzsən, səhv tərcüməni, tərcüməçinin səhvlərini, texniki çətinlikləri bəhanə edə bilməzsən. Hamımız canlı yayımda eşitdik", - deyə diplomat bildirib.
Xəbər lenti
0