Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib - VİDEO

© AR Ministry of DefenceMina, arxiv şəkli
Mina, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2022
Abunə olmaq
BAKI, 7 oktyabr - Sputnik. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kəlbəcər və Daşkəsən rayonları ərazisində qarşı tərəfdən basdırılan növbəti minalar aşkar edilib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, Kəlbəcər rayonu ərazisində 79 ədəd PMN-Э tipli piyada əleyhinə, 2 ədəd TM-62M tipli tank əleyhinə mina, Daşkəsən rayonu ərazisində isə 53 ədəd PMN-Э tipli piyada əleyhinə mina və 4 ədəd OZM-72 tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Qeyd olunur ki, Beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.
"Buna baxmayaraq azad edilmiş ərazilərimizdə Vətən müharibəsindən sonra Ermənistanda istehsal olunan xeyli sayda minalar aşkar edilir. Xüsusilə insan tələfatı məqsədilə basdırılan piyada əleyhinə minalar həm mülki vətəndaşların, həm də hərbi qulluqçuların həyatına ciddi təhlükə yaradır. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Vətən müharibəsindən sonra, 10.11.2020-ci il tarixdə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatdan sonra mina və digər qurğuların partlaması nəticəsində 34 nəfər qəsdən öldürülüb, 73 nəfər isə mina və digər qurğuların partlaması nəticəsində, 1 nəfəri isə odlu silahdan açılmış atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin cinayətlərlə bağlı 35 nəfər axtarışa verilib. Bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı məlumat verib.
O bildirib ki, qeyd edilən cinayət işlərin üzrə 35 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində axtarış elan edilib.
Həmin 35 təqsirləndirilən şəxsdən 12-si Rusiyanın, 17-si Ermənistanın, 5-i Fransanın, 1-i isə Gürcüstanın vətəndaşlarıdır. Həmin cinayət işlərindən 7 cinayət işi üzrə 151 (onlardan 133 şəxs VoMA siyahısı üzrə) şəxs barəsində 23 ölkəyə 36 beynəlxalq hüquqi yardım göstərilməsi haqqında vəsatət göndərilib.
Xəbər lenti
0