Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Rusiya stendinin açılışı olub

© Sputnik / Murad OrujovVIII Bakı Beynəlxalq Kitab Sərgisi
VIII Bakı Beynəlxalq Kitab Sərgisi  - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Abunə olmaq
Gün ərzində Rusiya stendinin qarşısında bir sıra tədbirlər, yazıçılarla görüşlər təşkil olunacaq.
BAKI, 5 oktyabr — Sputnik. Oktyabrın 5-də VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Rusiya stendinin açılışı olub. Tədbirdə Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov, Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin Kitab sənayesi departamentinin rəhbəri Vladimir Qriqoryev, "Rossotrudniçestvo" agentliyinin nümayəndəsi İrek Zinnurov və yazıçı Yevgeniya Vodolazkina çıxış edib.
Bildirilib ki, Azərbaycan unikal yerdir. Bu torpaq qədim türk, fars və slavyan xalqlarını tarix boyu birləşdirib. Azərbaycan indi də insanları bir yerə toplayır, bir-birlərini başa düşməyə çağırır, onlara multikultural dəyərlər aşılayır.
Bildirilib ki, gün ərzində Rusiya Federasiyası stendinin qarşısında bir sıra tədbirlər, yazıçılarla görüşlər təşkil olunacaq. Yazıçı Afanasi Mamedovla şair Alina Talıbova arasında Bakı haqqında dialoq keçiriləcək. Maksim Zamşev redaktoru olduğu "Literaturnaya qazeta" jurnalının tarixi və bu günü haqqında danışacaq.
© Sputnik / Murad OrujovVIII Bakı Beynəlxalq Kitab Sərgisi
VIII Бакинская международная книжная выставка - Sputnik Azərbaycan, 1920, 05.10.2022
VIII Bakı Beynəlxalq Kitab Sərgisi
Bakıda VIII Beynəlxalq Kitab Sərgisi açılıb
Qeyd edək ki, oktyabrın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi açılıb. Sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat, 118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.
Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Baş nazirin müavini belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib:
"Kitab insanın bilik, vərdişlər qazanmasında böyük yer tutur. İnsan nailiyyətlərinin hamısını kitabla əlaqələndirirlər. Kitabsız insan cəmiyyətinin inkişafını təsəvvür etmək olmaz. İndi kitab elektron aləmdə yaşamaq üçün rəqabət aparır. Azərbaycan dövləti, cəmiyyəti elmə böyük hörmətlə yanaşır. Bu gün Azərbaycan Respublikasının kitab çapı dövlətin diqqət mərkəzindədir".
© Sputnik / Murad OrujovVIII Bakı Beynəlxalq Kitab Sərgisi
VIII Бакинская международная книжная выставка - Sputnik Azərbaycan, 1920, 05.10.2022
VIII Bakı Beynəlxalq Kitab Sərgisi
Ə.Əhmədov vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə təşkil edilir.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.
Bildirib ki, sərginin əsas məqsədinin cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.
Nazir qeyd edib ki, 15 illik tarixə malik, Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında, cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən öncül festivallardan hesab olunur.
© Sputnik / Murad OrujovMədəniyyət naziri Anar Kərimov və Baş nazirin müavini Əli Əhmədov
VIII Бакинская международная книжная выставка - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Mədəniyyət naziri Anar Kərimov və Baş nazirin müavini Əli Əhmədov
"Səkkizinci Bakı Kitab Sərgisinin digər əvvəlki illərdən fərqi onun daha geniş formada təşkil olmasındadır. Təbii ki, 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi kitab sənayesi sahəsində bir dönüş nöqtəsi olub. Artıq Azərbaycanda bu sahədə yeni dünya standartlarına cavab verən təcrübə formalaşdırılıb. Amma builki sərgimizin keçən ilkindən fərqi ondadır ki, bu il naşirlərin sayı, ümumiyyətlə kitab sənayesi subyektlərinin sayı keçən ilkindən demək olar ki, 30-40 faiz daha çoxdur. Bu il ilk dəfə olaraq, ölkəmizdə kitab sərgisində Türkiyə "fəxri qonaq" statusunda iştirak edir. "Şuşa İli"nə həsr olunan Bakı Beynəlxalq Kitab Sərgisində bütün konstruksiyalar, kitab məhsulları mədəniyyət paytaxtımızın simvolları ilə bəzədilib", - deyə Anar Kərimov bildirib.
O əlavə edib ki, builki sərgidə Türkiyədən 40, Rusiya, İran və Özbəkistanın hər birindən 4 nəşriyyat dəvət olunub. Ümumilikdə 110–dan çox nəşriyyatın iştirakı gözlənilir. Türkiyədən və digər ölkələrdən kifayət qədər məşhur qonaqlar dəvət olunub:
© Sputnik / Murad OrujovRusiya səfiri Mixail Boçarnikov VIII Bakı Beynəlxalq Kitab Sərgisində
VIII Бакинская международная книжная выставка - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Rusiya səfiri Mixail Boçarnikov VIII Bakı Beynəlxalq Kitab Sərgisində
"Qonaqlar içərisində İlbər Ortaylı, Fatih Ərdoğan, Xasiyət Rüstəm kimi məşhur simalar var".
Sərgi müddətində "Qarabağa kitabla gedək" aksiyasının davam edəcəyini bildirən A.Kərimov qeyd edib ki, hazırda bu aksiya çərçivəsində işğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanalar üçün 93 min 212 nüsxə kitab toplanıb:
"Təşkilat Komitəsi tərəfindən sərginin son günü "Ən yaxşı nəşriyyat" və "Ən yaxşı kitab" nominasiyaları üzrə qaliblər seçiləcək. Şuşaya həsr olunmuş məzmun və poliqrafik baxımından ən yaxşı kitabın buraxılışını təmin edən naşir Şuşanın 270 illiyi münasibətilə təsis olunan "Xatirə nişanı" ilə təltif olunacaq".
Nazir çıxışının sonunda kitab bayramı münasibətilə bütün kitabsevərləri təbrik edib, sərgi iştirakçılarına uğurlar arzulayıb.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çam qeyd edib ki, Türkiyə və Azərbaycan arasında dostluq münasibəti əbədi və sarsılmazdır: "Biz daim birlikdə istənilən sahədə tərəfdaşlıq mübadiləsi edirik. Türkiyədə də bu yaxın illər ərzində müxtəlif başlıqda xeyli sayda kitab işıq üzü görüb".
© Sputnik / Murad OrujovVIII Bakı Beynəlxalq Kitab Sərgisi
VIII Бакинская международная книжная выставка - Sputnik Azərbaycan, 1920, 05.10.2022
VIII Bakı Beynəlxalq Kitab Sərgisi
Kitab sərgilərinin keçmişlə bu günü, yazarla oxucuları eyni məkanda birləşdirdiyini vurğulayan nazir müavini sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar kitabın cəmiyyət həyatındakı rolundan danışıb. Söyləyib ki, kitab cəmiyyətin mərkəzində duran əsas anlayışlardan biridir, kitab mədəniyyətdir: "Kiçik yaşlarından uşaqlarda kitaba sevgi yaratmaq çox önəmlidir. Tədqiqatlar göstərir ki, balaca yaşlarından daha çox kitab oxuyanlar, həmçinin valideynləri daha çox kitab oxuyan uşaqlar gələcəkdə daha yüksək akademik nailiyyətlər əldə edirlər. Bu da bir daha kitabların mütaliə vasitəsi kimi həyatımızda nə qədər önəmli yer tutduğunu göstərir".
Qeyd edilib ki, bu ilki sərgidə Türkiyədən 40, Rusiya, İran və Özbəkistanın hər birindən 4 nəşriyyat dəvət olunub. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik, eləcə də digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.
© Sputnik / Murad OrujovVIII Bakı Beynəlxalq Kitab Sərgisi
VIII Бакинская международная книжная выставка - Sputnik Azərbaycan, 1920, 05.10.2022
VIII Bakı Beynəlxalq Kitab Sərgisi
Beş gün ərzində müxtəlif formatda tədbirlər təşkil ediləcəyini bildirən natiqlər bildiriblər ki, sərginin "fəxri qonaq ölkəsi" Türkiyədir. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər də keçiriləcək. Eyni zamanda, Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak edirlər.
Qeyd edək ki, VIII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 9-dək davam edəcək.
Xəbər lenti
0