Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əsas diqqəti Azərbaycanın ərzaq təhlükəsizliyinə yönəltməliyik - Məmməd Abbasbəyli

© Photo : REPORTMəmməd Abbasbəyli
Məmməd Abbasbəyli  - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Abunə olmaq
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinin sözlərinə görə, Azərbaycan üçün hazırda taxıl istehsalına görə dünya liderləri olan Rusiya, Ukrayna, Rumıniya, Fransa, Kanada və digər ölkələrlə rəqabət aparmaq olduqca çətindir.
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan özünü tam olaraq istehsal ilə təmin etmək üçün geniş imkanlara malik olmayan ölkələr sırasındadır. Bunu "Report"a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
Onun sözlərinə görə, məhz bu səbəbdən də dövlətin qarşısında duran vacib məsələlərdən biri daha rəqabətqabiliyyətli sahələri müəyyənləşdirmək və əsasən diqqəti həmin sahələrə yönəltməkdir.
"Biz olduqca çətin bir dövrdə yaşayırıq. Zəmanəmizdə çox sayda həm klimatik, həm də geosiyasi çağırışlar mövcuddur. Biz elə bir yolayrıcına gəlib çatmışıq ki, artıq qloballaşma, yoxsa fərdiləşmə istiqamətində hərəkət edəcəyimizə qərar verməliyik. Hər birimiz anlayırıq ki, belə bir vəziyyətdə əsas diqqəti ölkələrimizin ərzaq təhlükəsizliyinə yönəltməliyik", - Xidmət rəhbəri vurğulayıb.
M.Abbasbəylinin sözlərinə görə, Azərbaycan üçün hazırda taxıl istehsalına görə dünya liderləri olan Rusiya, Ukrayna, Rumıniya, Fransa, Kanada və digər ölkələrlə rəqabət aparmaq olduqca çətindir:

"Dövlətimiz üçün hazırda ən doğru siyasət bu məhsulun idxalı və ixracı arasındakı düzgün nisbəti müəyyənləşdirməkdir. Bu istiqamətdə son zamanlar ciddi işlər görülüb. Həm texniki, həm də qida məqsədli taxılın ölkəmizdə mümkün həcmdə geniş istehsalı təmin olunub. Lakin bu, ölkənin taxıla olan ehtiyacını tam ödəmir. Sonuncu hədəfə çatmaq üçün biz yerli sahibkarlarla da olduqca məhsuldar işləyirik. Biz onları ölkənin ərzaq təhlükəsizliyini təmin etmələri üçün hər cür dəstəkləyirik".

O, həmçinin Azərbaycanın əsasən Rusiya, qismən də Qazaxıstandan taxıl idxal etdiyini, son zamanlarda isə ölkədaxili bazarda Qazaxıstan taxılının öz payını artırdığını qeyd edib.
© AP PhotoTaxıl yığımı, arxiv şəkli
Урожай пшеницы, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Taxıl yığımı, arxiv şəkli
Bakıda keçirilən XII Beynəlxalq Taxıl Ticarəti Konfransının məqsədlərinə də toxunan Xidmət rəhbəri burada prosesin bütün tərəflərinin – dövlət strukturları, sahibkarlar, istehsalçı, idxal və ixracatçıların bir araya gələrək aktual problemləri və mövcud çağırışları müzakirə etdiklərini, bu baxımdan da tədbirin olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Xatırladaq ki, oktyabrın 5-də Rusiya Taxıl İttifaqının təşkilatçılığı ilə Bakıda "Qlobal Taxıl Görünüşü" mövzusunda XII Beynəlxalq Taxıl Ticarəti Konfransı işə başlayıb.
Təşkilatçılar Azərbaycanı Qara dəniz, Asiya və Yaxın Şərqin taxıl bazarları arasında əlaqə kimi nəzərdən keçirməyə imkan verən unikal coğrafi mövqeyinə görə, eləcə də müsbət imicinə və onun İslam dünyası ilə Qara dəniz regionu ölkələri arasında "taxıl qapısı" kimi yerləşməsinə görə konfransın keçirilmə yeri kimi Azərbaycanı seçdiklərini qeyd ediblər.
Konfrans çərçivəsində taxıl istehsalının inkişafının orta və uzunmüddətli tendensiyaları, taxıl istehsalına və taxıl bazarı infrastrukturuna bir sıra maraqlı ölkələr tərəfindən sərmayələrin, o cümlədən kollektiv investisiyaların təşviqi yolları, həmçinin taxıl istehsalının maliyyələşdirilməsi və ticarətin mexanizmləri haqqında geniş müzakirələr aparılması nəzərdə tutulur.
İştirakçılar həm istehsalçıların, həm də istehlakçıların maraqlarının balansına əsaslanan taxılın "ədalətli" qiymətinin müəyyən edilməsinə yanaşmaları, eləcə də müxtəlif ölkələrdə bütün əhali qrupları üçün taxıl emalı məhsullarının əlçatanlığının təmin edilməsi üzrə tədbirləri müzakirə edəcəklər.
Xəbər lenti
0