CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış jurnalist Mətbuat Şurası sədrinin müavini seçilib

© Sputnik / Murad Orujov Bakı Dövlət Universitetini Jurnalistika fakültəsinin dekanı, əməkdar jurnalist Vüqar Zifəroğlu
 Bakı Dövlət Universitetini Jurnalistika fakültəsinin dekanı, əməkdar jurnalist Vüqar Zifəroğlu  - Sputnik Azərbaycan, 1920, 04.10.2022
Abunə olmaq
Səadət Məmmədova və Vüqar Zifəroğlunun namizədlikləri dəstəklənib
BAKI, 4 oktyabr — Sputnik. Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə iclası keçirilib.
İclasda ilk olaraq Şuranın sədr müavinləri seçilib. Səadət Məmmədova və Vüqar Zifəroğlunun namizədlikləri dəstəklənib. Eyni zamanda, Rey Kərimoğlu Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri, Əvəz Rüstəmov isə icraçı katib seçilib. İclasda Mətbuat Şurasının komissiyalarının da tərkibi müəyyən edilib. (Apa)
Qeyd edək ki, bir neçə gün öncə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Mətbuat Şurası (MŞ) İdarə Heyətinin sədri seçilib.
Xatırladaq ki, bunadək Əflatun Amaşov Mətbuat Şurasının sədri olub. O, 2003-cü ildən etibarən MŞ sədri vəzifəsini icra edib.
Xəbər lenti
0