Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Ukrayna hakimiyyətinin Rusiya ilə danışıqlardan imtina etməsinə reaksiya verib

© AFP 2023 / DIMITAR DILKOFFKreml
Kreml  - Sputnik Azərbaycan, 1920, 04.10.2022
Abunə olmaq
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna ilə danışıqlar üçün ölkənin hazırkı Prezidenti Vladimir Zelenskinin və ya onun varisinin mövqeyinin dəyişməsini gözləmək lazım olacaq.
BAKI, 4 oktyabr — Sputnik. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevin Moskva ilə danışıqlardan imtina etməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Kremlin sözçüsü bildirib ki, Ukrayna ilə danışıqlar üçün ölkənin hazırkı Prezidenti Vladimir Zelenskinin və ya onun varisinin mövqeyinin dəyişməsini gözləmək lazım olacaq.
Bundan əvvəl Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarının icrası ilə bağlı fərman imzalayıb.
"Yaxşı, indi nə demək olar? Biz hazırda ya indiki prezidentin mövqeyinin dəyişməsini, ya da Ukrayna xalqının maraqları naminə mövqelərini dəyişəcək Ukraynanın gələcək prezidentini gözləyəcəyik", - deyə "RİA Novosti" Peskovun sözlərini yazır.
Xəbər lenti
0