Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Vuçiç Azərbaycan Prezidentinin gördüyü işlər barədə

© Hannah McKay / Pool via APПрезидент Сербии Александр Вучич
Президент Сербии Александр Вучич - Sputnik Azərbaycan, 1920, 01.10.2022
Abunə olmaq
Serbiya Prezidenti: “İlham Əliyev olmasaydı, bizim üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı”
BAKI, 1 oktyabr - Sputnik. “Bolqarıstanlı və yunanıstanlı dostlarımızı bu interkonnektorun uğurla tamamlanması münasibətilə təbrik edirəm”.
“Report” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi zamanı deyib.
Onun sözlərinə görə, layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir:
“Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm.
Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”.
Ильхам Алиев принимает участие в церемонии открытия газового интерконнектора Греция-Болгария в Софии - Sputnik Azərbaycan, 1920, 01.10.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Prezident: “Azərbaycan Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək”
Xəbər lenti
0