Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tərtərdə minaya düşənlərin son durumu açıqlandı

© Photo : REPORTУказатель мины
Указатель мины - Sputnik Azərbaycan, 1920, 01.10.2022
Abunə olmaq
Hadisə zamanı rayon sakinləri - 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu minaya düşərək xəsarət alıblar
BAKI, 1 oktyabr — Sputnik. Tərtərdə minaya düşən şəxslərdən birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta-ağırdır
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər qurumun tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hər ikisi xəstəxanaya sol ayağın baldır nahiyəsinin travmatik amputasiyası, çoxsaylı qəlpə yaraları diaqnozu ilə daxil olub.
Hazırda hər iki pasiyent əməliyyatdadır.
***
Tərtərdə iki nəfər minaya düşüb. Hadisə rayonun Həsənqaya kəndində, "Üçüncü sovxoz" adlanan ərazisində baş verib.
Rayon sakinləri - 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu minaya düşərək xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.
Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir.
Sentyabrın 30-u Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla rayonun Yuxarı Dilağarda kəndində olarkən Amid Əsədov və Çərkəz Quluzadənin minaya düşmələri nəticəsində ölmələri müəyyən edilib.
Xatırladaq ki, analoji hadisə bir müddət öncə Laçında baş vermişdi. 2 hərbçimiz Laçında minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
Xəbər lenti
0