Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova ABŞ-ı Ukrayna münaqişəsinin tərəfi adlandırıb

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 29.09.2022
Abunə olmaq
Diplomat bildirib ki, Kiyevə 12 milyard dollarlıq yardım paketinin verilməsinə dair razılaşma ABŞ-ın Ukrayna münaqişəsinin tərəfi olmasına sübutdur.
BAKI, 29 sentyabr — Sputnik. ABŞ faktiki olaraq Ukraynadakı münaqişənin tərəfinə çevrilib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Vaşinqton faktiki olaraq münaqişənin tərəfinə çevrilərək reallıqla əlaqəsini itirdiyini bir daha nümayiş etdirib. Bunun daha bir sübutu bu yaxınlarda ABŞ Konqresində Kiyev rejiminə 12 milyard dollara yaxın yeni yardım paketinin ayrılmasına dair ilkin razılaşmadır", - deyə diplomat qeyd edib.
Zaxarova bu yaxınlarda bildirib ki, ABŞ-ın Ukraynaya uzaqmənzilli raketləri göndərməsi Vaşinqtonu münaqişənin birbaşa tərəfinə çevirəcək. O qeyd edib ki, bu halda Moskva öz ərazisini bütün mümkün vasitələrlə müdafiə etmək hüququnu özündə saxlayır.
Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu barədə danışıb. Onun fikrincə, Qərb dövlətləri Ukraynanı arsızca silahlarla dolduraraq Ukraynada münaqişənin tərəfinə çevrilir.
Xəbər lenti
0