CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda minimum pensiyanın artırılması gözlənilir

© Sputnik / Elvin AhmadПожилая женщина, фото из архива
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.09.2022
Abunə olmaq
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanda aparılan sosial islahatların əsas istiqamətlərindən biri də pensiyaçıların rifahının yaxşılaşdırılmasıdır. Bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.
Bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sentyabrın 28-də Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
O, qanun layihəsinin qəbul edilməsinin vacibliyindən danışaraq bildirib ki, sənəd pensiyaçıların rifahının daha da yaxşılaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, qanun layihəsinə görə, minimum və orta aylıq pensiyanın məbləğinin yüksəldilməsi nəzərdə tutulur.
"Ölkəmizdə bütün növ pensiyaların məbləği 370 manata yaxınlaşır. Pensiyaların məbləğinə görə Azərbaycan MDB ölkələri arasında ilk yerlərdən birini tutur", - deyə nazir müavini qeyd edib.
Qeyd edək ki, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilir. Komitə sədri Musa Quliyev iclasın gündəliyinə dörd məsələnin daxil edildiyini deyib.
O bildirib ki, iclasda "Əmək pensiyaları haqqında" qanunda, Əmək Məcəlləsində, Vergi Məcəlləsində, "Sosial sığorta haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Tibbi sığorta haqqında" və "Daşınar əmlakın yüklülüyü haqqında" və digər qanunlarda dəyişiklik müzakirə ediləcək.
Xatırladaq ki, minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artımla 200 manatdan 240 manata çatdırılıb.
Xəbər lenti
0