Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Volodinin səfəri münasibətlərimizin möhkəmlənməsinə böyük töhfə verə bilər - Deputat

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidAzərbaycan və Rusiya bayraqları, arxiv şəkli
Azərbaycan və Rusiya bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.09.2022
Abunə olmaq
Deputatın fikrincə, Rusiya Dövlət Duması sədrinin Azərbaycana səfəri parlamentlərarası əlaqələrin güclənməsinə, dövlətlərarası münasibətlərin möhkəmlənməsinə çox böyük töhfə verə bilər.
BAKI, 26 sentyabr — Sputnik. "Azərbaycanın Rusiya ilə yaxşı münasibətləri var. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycana səfəri parlamentlərarası əlaqələrin güclənməsinə, dövlətlərarası ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin nəzərdən keçirilməsinə, dövlətlərarası münasibətlərin möhkəmlənməsinə çox böyük töhfə verə bilər. Bu istiqamətdə də işlər gedir". Bunu Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə Sputnik Azərbaycan-a bu səfərin əhəmiyyətindən danışarkən deyib.
© Photo : Facebook / Aydın MirzəzadəAydın Mirzəzadə
Айдын Мирзазаде - Sputnik Azərbaycan, 1920, 26.09.2022
Aydın Mirzəzadə
Deputat əlavə edib ki, eyni zamanda Rusiya Dövlət Duması sədrinin Azərbaycanın rəhbərliyi ilə görüşündə həm ikitərəfli münasibətlər həm də beynəlxalq aləmdə gedən proseslərlə bağlı ciddi müzakirələrin aparılacağı gözləniləndir.
Xatırladaq ki, Rusiya Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycana rəsmi səfərə gəlib.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət Dumasının sədri Fəxri xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını da ziyarət edib, məzarı önünə əklil qoyub.
Vyaçeslav Volodin həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Səfər davam edir.
Xəbər lenti
0