Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Qafqaz bizim ümumi evimizdir. V. Volodinin Azərbaycana səfərinin yekunları

© Photo : The State DumaPrezident İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan, 1920, 26.09.2022
Abunə olmaq
Orxan Yolçuyev Rusiya-Azərbaycan əməkdaşlığının bütün Qafqaz regionunda sülh və təhlükəsizliyə necə təsir edə biləcəyi və təsir göstərdiyi barədə danışacaq.
BAKI, 26 sentyabr — Sputnik. Sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olub.
V.Volodinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə vurğulanıb ki, Qafqazda sülh bütün ölkələr, bütün xalqlar üçün lazımdır. Rusiya və Azərbaycan uzunmüddətli, davamlı sülhün, qonşularla bütün problemlərin həllinin və regionun 30 ildir düşdüyü çətin vəziyyətdən çıxmağın tərəfdarıdır.
Sentyabrın 27-də, saat 14.00-da STEM analitik mərkəzinin rəhbəri Orxan Yolçuyev Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində Rusiya-Azərbaycan əməkdaşlığının bütün Qafqaz regionunda sülh və təhlükəsizliyə necə təsir edə biləcəyi və təsir göstərdiyi barədə danışacaq.
Tədbir "Sputnik Azərbaycan"ın sosial şəbəkədəki səhifəsində yayımlanacaq. https://www.facebook.com/SputnikAze/
Əlaqələr:
Telefonlar: 404-13-84/85
"Sputnik Azərbaycan"ın multimedia mətbuat mərkəzi Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında yerləşir.
Xəbər lenti
0