DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ azərbaycanlıları beynəlxalq qurumlara çağırış ediblər

© AP Photo / Julia NikhinsonABŞ
ABŞ  - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Abunə olmaq
İllinoysda yaşayan Azərbaycan icması da ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.
BAKI, 20 sentyabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə beynəlxalq ictimaiyyətə müraciət edib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Şimali Kaliforniyada Azərbaycan Mədəniyyət Mərkəzinin (ACSNC) rəhbəri Aynur Ağayevanın adından yayılan bəyanatda bildirilib ki, Azərbaycan əsilli amerikalılar bu hadisə ilə bağlı çox məyus olublar. Bildirilib ki, Azərbaycan bölgənin bərpasına külli miqdarda vəsaitlər xərclədiyi və uzunmüddətli sülh sazişi üzərində ciddi iş apardığı vaxtda Ermənistanın əl atdığı təxribatlar normallaşma və sülh danışıqları ilə qətiyyən bir araya sığmır və qeyri-sabitliyə doğru aparır.
Soydaşlarımız beynəlxalq təşkilatları yubanmadan əməli addımlar atmağa, yalan və nifrət nağılları uyduran Ermənistanın mənasız və ölüm saçan təxribatlarının qarşısının alınması və sülhə sövq edilməsi istiqamətində rəsmi İrəvana təzyiqlər göstərməyə çağırıblar.
ABŞ-ın İllinoys ştatında yaşayan Azərbaycan icması da ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.
Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun adından yayılan bəyanatda 12 sentyabr 2022-ci il tarixində törədilən hərbi təxribata, üçtərəfli razılaşmaya zidd olaraq indiyədək Ermənistanın öz qeyri-qanuni qoşunlarını Azərbaycan ərazilərindən çıxarmadığına, işğaldan azad edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə minalar basdırıldığına və bu cəhdlərin davam etdirildiyinə, 30 ilə yaxın erməni işğalı altında qalan Azərbaycan şəhərlərinin, kəndlərinin tamamilə dağıdıldığına diqqət cəlb edilib.
Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
İllinoys ştatında yaşayan soydaşlarımızın beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranmış duruma görə dərin narahatlıq hissi keçirdiyi, rəsmi İrəvandan fərqli olaraq, Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində irimiqyaslı layihələr həyata keçirdiyi və uzunmüddətli sülh sazişi üzərində ciddi iş apardığı bildirilib.
"Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi qətiyyətlə bəyan edir ki, Ermənistanın əl atdığı təxribatlar bölgədə normallaşma və sülh prosesi ilə tamamilə bir araya sığmır", - deyə mərkəz beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb.
Xəbər lenti
0