DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ağ Ev Rusiya-Ukrayna danışıqlarının hansı halda mümkün olacağına aydınlıq gətirib

© AP Photo / Manuel Balce CenetaBŞ Dövlət Departamentinin spikeri Con Kirbi
BŞ Dövlət Departamentinin spikeri Con Kirbi - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Abunə olmaq
Ağ Evin Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Rusiya ilə danışıqların nə vaxt aparılacağına yalnız Ukrayna prezidenti Vladimir Zelenski qərar verə bilər.
BAKI, 16 sentyabr - Sputnik. Rusiya ilə danışıqların nə vaxt aparılacağına yalnız Ukrayna prezidenti Vladimir Zelenski qərar verə bilər.
Bu sözləri Ağ Evin Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O, həmçinin bildirib ki, Amerikanın Rusiyanı terrorizmi himayə edən ölkələr siyahısına əlavə etməsi Ukrayna prezidenti Vladimir Zelenski üçün mümkün danışıqları çətinləşdirəcək.
ABŞ hakimiyyəti daha yaxşı alternativlərin olduğuna inanır.
Kirbi onu da bildirib ki, ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi göndərməyi planlaşdırır (APA).
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında Zelenskinin danışıqlara hazır olmadığını bildirib.
O qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddətdir ona Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi təklif edir. Türkiyə prezidentinin bu görüş barədə təklifində qəribə heç nə yoxdur:
“Ərdoğan Ukrayna ilə bağlı vəziyyətin normallaşmasına uzun müddətdir ki, səy göstərir, o cümlədən taxıl sazişinin həyata keçirilməsinə töhfə verib... Ona görə də, Türkiyə prezidenti hesab edir ki, Zelenski ilə görüşün keçirilməsi müsbət nəticə verəcək”.
Putin Zelenski ilə görüşün hansı şərtlər qarşılığında keçiriləcəyi ilə bağlı suala da cavab verib:
“Zelenski Rusiya ilə danışıqlara hazır olmadığını, bunun mümkün olmadığını bəyan edib. Bu görüşün baş tutması üçün gərək Kiyev buna razılıq versin. Lakin onlar danışıqlardan imtina edirlər. Əgər imtina edirləsə, onda bu görüş lazım deyil”.
 Президент РФ Владимир Путин выступает на церемонии открытия Международного военно-технического форума Армия-2022 и Армейских международных игр - 2022 в военно-патриотическом парке Патриот в подмосковной Кубинке - Sputnik Azərbaycan, 1920, 16.09.2022
RUSİYA
"Biz Ukraynada bütün ordumuzla döyüşmürük" - Putin
Xəbər lenti
0