DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Balkan ölkələri Ərdoğandan Əliyevlə qaz tədarükünü müzakirə etməyi xahiş ediblər

© AFP 2023 / ASAAD NIAZIQaz kəmərində iş, arxiv şəkli
Qaz kəmərində iş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Abunə olmaq
ŞƏT sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə görüşünün keçirilməsi nəzərdə tutulub.
BAKI, 14 sentyabr — Sputnik. Bir sıra Balkan ölkələrinin rəhbərliyinin nümayəndələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putinlə ŞƏT-in qarşıdakı sammiti çərçivəsində keçiriləcək görüşündə bu qış Rusiya qazının fasiləsiz nəqli məsələsini qaldırmağı xahiş ediblər.
Bu barədə "Haberler" xəbər portalı çərşənbə günü Türkiyənin kənd və meşə təsərrüfatı naziri Vahid Kirişçiyə istinadən məlumat verib.
"Əvvəlcə biz [Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti] Bosniya və Herseqovina, sonra Serbiya, daha sonra Xorvatiyaya səfər etdik. Prezidentlər, baş nazirlər və [bu ölkələrin] nazirləri səviyyəsində həmsöhbətlərimiz bizə bu xahişlə müraciət etdilər: "Siz ŞƏT-in zirvə görüşündə iştirak edəcəksiniz. Xahiş edirik, Putinə, eləcə də xoş münasibət bəslədiyiniz Azərbaycan Prezidenti [İlham] Əliyevə çatdırasınız ki, onlar qarşıdan gələn qışda bizə verilən yanacaq və qazın həcmini azaltmasınlar", - deyə portal Kirişçinin sözlərindən sitat gətirir.
Ərdoğan sentyabrın əvvəlində Xorvatiyada, Serbiyada, Bosniya və Herseqovinada olub. ŞƏT sammitinin sentyabrın 15-16-da Səmərqənddə keçirilməsi planlaşdırılır. Sammit çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə görüşünün keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
0