DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Britaniyanın müxtəlif yerlərində Kraliça II Elizabetin xatirəsinə top atəşi ithaf olunub

© Sputnik / Alexey Filippov / Mediabanka keçidQədim top
Qədim top - Sputnik Azərbaycan, 1920, 09.09.2022
Abunə olmaq
Şahzadə Elizabet 1947-ci ildə Edinburq hersoqu titulunu alan leytenant Filipp Mountbattenlə ailə qurub. Onların evliliyi dünya tarixində 2021-ci ildə şahzadə Filipin ölümünə qədər davam edən ən uzun kral nikahı olub.
BAKI, 9 sentyabr - Sputnik. Kraliça II Elizabet Böyük Britaniyanın müxtəlif nöqtələrində atılan top atəşi ilə anılıb. Azərtac xəbər verir ki, bu mərasim Londonun məşhur Hayd parkında və London Qülləsində baş tutub.
Bundan əlavə, Şotlandiyanın Edinburq və Uelsdəki Kardiff qəsrlərindən, həmçinin Britaniya ərazisi olan Cəbəllütariqdə də artilleriya atəşi açılıb.
Yerli vaxtla saat 20:00-da Kraliça II Elizabetin Müqəddəs Pavel Katedralında anım mərasimi keçiriləcək.
© arxiv.azKraliça II Elizabet
Kraliça II Elizabet - Sputnik Azərbaycan, 1920, 09.09.2022
Kraliça II Elizabet
Xatırladaq ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib. II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.
Mərhum kraliça 1926-ci il aprelin 21-də York hersoqu və hersoginyasının (sonradan Kral VI Corc və Kraliça Konsorti Elizabet) ailəsində anadan olub. Onun atası 1936-cı ildə qardaşı Kral VIII Eduard taxtdan imtina etdikdən sonra taxta çıxıb. Beləliklə, II Elizabet də onun varisinə çevrilib.
O, evdə fərdi təhsil alıb. İkinci Dünya müharibəsi illərində Yardım Ərazi Xidmətində işləyib və ictimai funksiyalarının icrasına başlayıb.
1947-ci ildə şahzadə Elizabet Edinburq hersoqu titulunu alan leytenant Filipp Mountbattenlə ailə qurub. Onların dörd övladı var: Uels şahzadəsi, vəliəhd Çarlz, şahzadə Anna, York hersoqu şahzadə Endrü və Uesseks qrafı şahzadə Edvard. Onların evliliyi dünya tarixində 2021-ci ildə şahzadə Filipin ölümünə qədər davam edən ən uzun kral nikahı olub.
Britaniya və dünya tarixinin çox geniş dövrü II Yelizavetanın hakimiyyəti dönəminə düşüb.
Xəbər lenti
0