Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İndoneziya Putinin təhlükəsizliyini təmin etməyə hazırdır

© Sputnik / Алексей Даничев / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 08.09.2022
Abunə olmaq
Ölkənin Rusiyadakı səfiri bildirib ki, İndoneziya bütün iştirakçıların, ilk növbədə sammitə qatılmağı planlaşdıran dövlət başçılarının təhlükəsizliyinə zəmanət verir.
BAKI, 8 sentyabr — Sputnik. İndoneziya "G20" sammitində Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyini təmin etməyə hazırdır. Bunu İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares Şərq iqtisadi forumu çərçivəsində Rusiya mediasına müsahibəsində bildirib.
"Bu il G20 sammitinə ev sahibliyi edən ölkə olaraq, əlbəttə ki, biz bütün iştirakçılar üçün təhlükəsizlik təminatları verəcəyik. İndoneziya dəfələrlə beynəlxalq görüşlərə - Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına (Asia-Pacific Economic Cooperation – APEC) , Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasına (ASEAN), Şərqi Asiya ammitinə və s. ev sahibliyi edib. Təbii ki, İndoneziya bütün iştirakçıların təhlükəsizliyinə zəmanət verib. İlk növbədə bu, sammitə qatılmağı planlaşdıran dövlət başçılarına aiddir" – deyə o, bildirib.
Şərq iqtisadi forumu sentyabrın 5-8-də Vladivostokun Russki adasındakı Uzaq Şərq federal universitetinin kampusunun ərazisində keçirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, RF dövlət başçısının G20 sammitində iştirak formatına qərar verilməzdən əvvəl bütün amillər, o cümlədən təhlükəsizliklə bağlı məsələlər nəzərə alınacaq.
Kreml nümayəndəsi həmçinin tədbirə dəvət üçün təşkilatçı ölkəyə minnətdarlıq da ifadə edib:
“İştirakımızın formatı ilə bağlı qərar vermək üçün, ən yüksək səviyyədə dəvətin olmasına baxmayaraq, qarşıdan gələn sammitə ev sahibliyi edən ölkəyə (İndoneziya - red.) minnətdarıq, bütün amillər nəzərə alınacaq. təhlükəsizlik amilləri də daxil olmaqla, əlbəttə ki, nəzərə alınmalıdır”, - deyə Peskov bildirib.
Xəbər lenti
0