Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tanınmış estrada müğənnisi dəfn olundu

© Photo : courtesy of Sevindj KerimovaFirəngiz Rəhimbəyova ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində dəfn olunub
Firəngiz Rəhimbəyova ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində dəfn olunub - Sputnik Azərbaycan, 1920, 07.09.2022
Abunə olmaq
Avqustun 16-da vəfat edən sənətçi Kaliforniyanın "Valley Oaks Memorial Park" məzarlığında dəfn edilib
BAKI, 7 sentyabr — Sputnik. Ötən gün tanınmış estrada müğənnisi, aktrisa Firəngiz Rəhimbəyova ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində dəfn olunub. Sənətçi ilə vida mərasimindən sonra o, torpağa tapşırılıb.
Mərasimdə Firəngiz Rəhimbəyovanın ailə üzvləri və sevənləri ilə yanaşı, Azərbaycanın Los-Ancelesdəki konsulluğunun nümayəndələri də iştirak ediblər. Tanınmış teleaparıcı Səxavət Nur vida mərasimindən görüntüləri sosial mediadakı hesabında paylaşıb.
Xatırladaq ki, Firəngiz Rəhimbəyova avqustun 16-da vəfat edib. Azərbaycan estradasında ilklərə imza atan sənətçi Kaliforniyanın "Valley Oaks Memorial Park" məzarlığında dəfn edilib. Qeyd edək ki, bu məzarlıqda məşhur iranlı musiqiçi Şəhram Kaşani, amerikalı aktrisa Seleste Yarnall, aktyor-prodüser Vilyam Fips və s. tanınmış şəxslər dəfn ediliblər.
F.Rəhimbəyova 1958-ci ilin 5 avqust tarixində Bakıda anadan olub. "Bəxt üzüyü" filmində "Seda" obrazı ilə tanınan F.Rəhimbəyova həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. O, 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub.
2017-ci ildə Əməkdar artist Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü - 2" filmində yenidən "Seda" roluna çəkilib.
Xəbər lenti
0