Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Emin və Alessandro Safina əfsanəvi azərbaycanlının mahnısını oxuyublar - Video

© Photo : © Пресс-служба Эмина АгалароваEmin Ağalarov və Alessandro Safina, arxiv şəkli
Emin Ağalarov və Alessandro Safina, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Abunə olmaq
Tanınmış ifaçılar bir yerdə SSRİ Xalq artistinin məşhur kompozisiyasını iki dildə - rus və italyan dillərində ifa ediblər.
BAKI, 6 sentyabr - Sputnik. Xalq artisti Emin Ağalarov italiyalı müğənni Alessandro Safina ilə duetini təqdim edib. Müğənnilər SSRİ Xalq artisti, əfsanəvi azərbaycanlı Müslüm Maqomayevin repertuarından olan "Mavi sonsuzluq" hit mahnını ifa ediblər.
Onlar bu kompozisiyanı ilk dəfə olaraq Maqomayevin 80 illik yubileyinə həsr olunmuş gecədə oxuyublar. Gecə 2022-ci il avqustun 17-də Bakıda Yaşıl teatrda təşkil olunmuşdu.
Onlar mahnını iki dildə - rus və italyan dillərində ifa ediblər. Ağalarovun sözlərinə görə, "JAPA" beynəlxalq musiqi festivalında Alessandro Safina ondan bu mahnını oxumaq barədə xahiş edib.
"Mən zəng etdim və Tamara Sinyavskayadan xahiş etdim, o da razılığını verdi. O vaxtdan Alessandro bu mahnını tez-tez oxuyur. Bu dəfə birlikdə ifa etdiyimiz üçün şadam", - EMİN bildirib.
Xəbər lenti
0