DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Liz Trass Britaniyanın yeni Baş naziridir

© AP Photo / Alastair GrantLiz Trass
Liz Trass - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Abunə olmaq
Liz Trass Britaniya hökumətində xarici işlər naziri postunu tutub. O, ölkəsinin sayca üçüncü qadın Baş naziridir.
BAKI, 5 sentyabr - Sputnik. Böyük Britaniyanın yeni Baş naziri bəlli olub.
APA xəbər verir ki, Liz Trass 81 326 səslə Mühafizəkarlar Partiyasının lideri seçilib və nəticə etibarilə ölkənin Baş naziri olub.
O, bu postda Boris Consonu əvəz edəcək.
Qeyd edək ki, səsvermə fəallığı 82 faiz olub. Liz Trassın rəqibi Rişi Sunak 60 399 səs toplayıb.
Liz Trass Britaniya hökumətində xarici işlər naziri postunu tutub. O, ölkəsinin sayca üçüncü qadın Baş naziridir.
Liz Trass Britaniyanın yeni Baş naziri seçildikdən sonra ilk çıxışını da edib.
O, Mühafizəkarlar Partiyasının lideri seçilməyinin şərəfli olduğunu söyləyib və bunu tarixdəki ən uzun iş müsahibələrindən biri kimi təsvir edib.
Liz Trass, həmçinin, keçmiş Baş nazir Boris Consona təşəkkür edərək onun Brexiti həyata keçirdiyini, koronavirus vaksinlərinin yayılmasında mühüm rol oynadığını və Vladimir Putinə qarşı durduğunu bildirib.
Yeni Baş nazir çıxışında COVID pandemiyasından sonra vergiləri azaltmaq və Britaniya iqtisadiyyatını gücləndirmək üçün cəsarətli plan təqdim edəcəyini bildirib.
O, əlavə edib ki, enerji böhranı və Milli Səhiyyə Xidməti ilə bağlı işlər görəcək.
Xəbər lenti
0