Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xəstəxanada COVID-19-a yoluxan Ənvər Həsənovun qızı: "Atamı ora aparsalar, öldürəcəklər"

© Photo : Azerbaijanfilm / 1977Ənvər Həsənov "Dərviş Parisi partladır" filmində
Ənvər Həsənov Dərviş Parisi partladır filmində - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Abunə olmaq
Hazırda aktyorun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir. Xalq artisti müalicəsinin Xəzər Tibb Mərkəzində davam etdirilməsini istəyir.
BAKI, 30 avqust — Sputnik. Xalq artisti Ənvər Həsənovdan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.
Bu barədə Xalq artistinin qızı Aytən Həsənova məlumat verib. Onun sözlərinə görə, atasının bir müddət əvvəl də koronavirus xəstəliyi keçirdiyi məlum olub:
"Dünən yoxladılar, dedilər, koronavirusa yoluxub. Axı mənim atam xəstəxanaya COVİD-19-la gəlməyib. Atam yıxılıb, zədə aldığına görə xəstəxanaya yerləşdirmişik. Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin nümayəndələri gəldilər, "koronavirus xəstəsidir, biz heç nə edə bilmərik" deyib getdilər. İstədilər ki, onu Zığdakı xəstəxanaya yerləşdirsinlər, mən razı olmadım. Ora aparsalar, atamı öldürəcəklər. Mən atamı aparıb evdə müalicə edəcəm".
Xalq artistinin qızı Mədəniyyət Nazirliyinin aktyora olan laqeyd münasibətindən də gileylənib:
"Kino günündə də heç kəs atamı yada salmadı. Avqustun 17-də atamın doğum günündə heç kəs onu axtarmadı. KİV-lər İP xatirinə yalandan yazılar ki, guya atamın səhhətinə nəzarət olunur. Yalandır hamısı, heç bir nəzarət yoxdur. Ömrünü kino sahəsinə həsr edən korifeyə olan münasibət belə olmamalı idi. Mən açıqlama verirəm, KİV-lər onu təhrif edib verirlər. Bu hadisədən hər kəs reklam qazanmağa çalışır. Bundan sonra heç kəsə açıqlama verməyəcəm".
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənovun müalicəsi TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam etdirilir.
30.08.2022-ci il tarixində "Yeni Klinika" tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub. COVID-19-la bağlı verilən testin nəticəsi də bu gün - 31.08.2022-ci ildə pozitiv çıxıb.
Eyni zamanda, 31.08.2022-ci ildə xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoq dəvət edilib. Müayinə zamanı xalq artistinin ağciyərində hər-hansı ağırlaşmanın olmadığı və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib. Hazırda Ə.Həsənovun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir. Xalq artistinin müalicəsi öz istəyi ilə Xəzər Tibb Mərkəzində davam etdirilir.
Məlumat üçün bildirək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.
Xəbər lenti
0