Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaporojye AES-ə missiya ilə bağlı razılaşma demək olar ki, əldə olunub

© Sputnik / Константин Михальчевский / Mediabanka keçidZaporojye AES
Zaporojye AES - Sputnik Azərbaycan, 1920, 25.08.2022
Abunə olmaq
Beynəlxalq atom enerjisi agentliyi missiyasının ZAES-ə göndərilməsi yaxın günlərdə baş tutmalıdır.
BAKI, 25 avqust — Sputnik. Zaporojye AES-ə çıxışla bağlı razılaşma demək olar ki, əldə olunub. Moskva və Kiyev yaxın günlərdə ora Beynəlxalq atom enerjisi agentliyinin (BAEA) missiyasının gedəcəyi ilə bağlı razılığa gəliblər. Bunu "France 24" telekanalına müsahibəsində beynəlxalq agentliyin baş direktoru Rafael Qrossi deyib.
Cümə axşamı Qrossi Parisdə Fransa prezidenti Emmanuel Makron ilə görüşüb. Tərəflər ZAES ətrafındakı vəziyyəti müzakirə ediblər. BAEA-nın baş direktorunun sözlərinə görə, missiyanın təhlükəsizliyini təmin etmək lazım olduğundan, atom elektrik stansiyasına getmək çətindir.
Eyni zamanda, Qrossi əlavə edib ki, BAEA missiyasının ZAES-ə göndərilməsi yaxın günlərdə baş tutmalıdır.
"Kiyev bununla razıdır. Moskva da razıdır və biz çox, çox tezliklə ora gedəcəyimizi gözləyirik. Yaxın bir neçə gün ərzində", - deyə o bildirib.
Zaporojye AES ətrafındakı vəziyyəti bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu və fransalı həmkarı Sebastyan Lekornyu da müzakirə ediblər. Müzakirədə, həmçinin, Beynəlxalq atom enerjisi agentliyinin missiyasının atom elektrik stansiyasına səfərinin vacibliyi də qeyd olunub.
Xəbər lenti
0