Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qadınlardan ibarət millimiz AVRO-2023 üçün Gürcüstana yola düşüb

© AFP 2023 / KIRILL KUDRYAVTSEVVoleybol oyunu, arxiv şəkli
Voleybol oyunu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Abunə olmaq
Qadın voleybol millisi AVRO-2023-ün seçmə oyunu üçün Gürcüstana yola düşüb.
BAKI, 23 avqust — Sputnik. Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gürcüstana yola düşüb.
Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, Avropa çempionatının təsnifat mərhələsində D qrupunda mübarizə aparan qadın voleybol millisi qrupda növbəti oyununu avqustun 24-də səfərdə Gürcüstan kollektivinə qarşı keçirəcək.
Tbilisidə "Yeni Voleybol Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. Yığmanın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır.
Ümumilikdə təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək.
Qeyd edək ki, AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.
Xəbər lenti
0