Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan idmanı tarixində ilk yaşanıb

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidBadminton, arxiv şəkli
Badminton, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Abunə olmaq
Azərbaycanlı idmançı Ümumdünya Badminton Federasiyasının (BWF) bayrağı altında keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək.
BAKI, 23 avqust — Sputnik. Parabadmintonçu İbrahim Əliyev Ümumdünya Badminton Federasiyasının (BWF) bayrağı altında keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək.
Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu, ölkənin parabadminton idman növü tarixində bir ilkdir.
İbrahim Əliyev İndoneziyanın Yoqyakarta şəhərində bu gün start götürən və 15 ölkədən idmançıların qatıldığı "FOX's Indonesia Para Badminton International 2022" beynəlxalq turnirində mübarizə aparacaq. Yarış avqustun 28-dək davam edəcək.
Qeyd edək ki, parabadminton üzrə milli komandanın məşqçisi Teymur Abbasovdur.
Xəbər lenti
0