Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiyadan Azərbaycana yeni pul köçürmə sistemi yaradılıb

© Sputnik / Murad OrujovManat və rubllar, arxiv şəkli
Manat və rubllar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.08.2022
Abunə olmaq
Rusiya Federasiyasından Azərbaycana köçürülən pul vəsaitlərini vətəndaşlar respublika üzrə mərkəzi poçt şöbələrindən ala biləcəklər.
BAKI, 22 avqust — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC ilə "Azərbaycan Beynəlxalq Bankı – Moskva" MMC-nin (ABB – Moskva) əməkdaşlığı nəticəsində Rusiyadan Azərbaycana pulköçürmə istiqamətində yeni alternativ kanal təqdim edilib.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Azərpoçt"da tətbiq olunan "Granat" pulköçürmə sistemi vasitəsilə artıq Rusiya Federasiyasından Azərbaycana köçürülən pul vəsaitlərini vətəndaşlar respublika üzrə mərkəzi poçt şöbələrindən ala biləcəklər.
İlkin mərhələdə "Granat" pulköçürmə sistemi Bakıda yerləşən AZ1000, AZ1017, AZ1044 indeksli poçt şöbələrində və respublika üzrə bütün rayon mərkəzlərində fəaliyyət göstərən mərkəzi xidmət şöbələrində vətəndaşlara təqdim olunacaq. Yaxın gələcəkdə isə tələbatdan asılı olaraq, digər poçt şöbələrində də bu sistemin tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, "Granat" pulköçürmə sistemi Rusiya Federasiyasında hər kəs üçün əlçatandır: belə ki, Rusiya ərazisində yerləşən "ABB – Moskva" məntəqələri və "Granat" mobil tətbiqi vasitəsilə, eləcə də digər partnyorlara məxsus xidmət nöqtələrindən Azərbaycana pul vəsaitlərinin göndərilməsi mümkündür.
"Granat" pulköçürmə sistemi üzrə tariflər, eləcə də pul köçürmələrinin göndəriş və alış məntəqələri haqqında ətraflı məlumatı www.azerpost.az və www.granatpay.ru saytlarından əldə etmək olar.
"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti 1500-ə qədər şöbəsi ilə əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, bank hesabı üzrə xidmətlər, elektron ödənişlər, sığorta və s. kimi qeyri-ənənəvi maliyyə xidmətləri, eləcə də elektron hökumət və pərakəndə biznes xidmətlərini təqdim edir.
Xəbər lenti
0