SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident bir neçə ölkəyə yeni səfir təyin edib

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджанской Республики Ильхам Алиев
Президент Азербайджанской Республики Ильхам Алиев - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
Prezident İlham Əliyev bu gün Kuba, Küveyt, Koreya, Braziliya, Argentina və Almaniyaya Azərbaycanın fövqəladə və səlahiyyətli səfirlərini təyin edib.
BAKI, 19 avqust - Sputnik. Prezident İlham Əliyev bu gün bir neçə ölkədə Azərbaycanın fövqəladə və səlahiyyətli səfirlərini təyin edib.
Onun sərəncamı ilə Ruslan Novruz oğlu Rzayev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
İlham Əliyevin digər sərəncamı ilə Emil Zülfüqar oğlu Kərimov Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Sərəncamla Nəsimi Məhəmmədəli oğlu Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Buna qədər Azərbaycanın Almaniyada səfiri olan Ramin Həsənov Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Rəşad İntiqam oğlu Novruz Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb.
Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə isə Rəmzi Kazım oğlu Teymurov təyin edilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlar Elxan Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eləcə də Azərbaycan Respublikasının Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Prezident İlham Əliyevin digər sərəncamları ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina, eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvayda, Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində, Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.
 Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında - Sputnik Azərbaycan, 1920, 19.08.2022
SİYASƏT
Prezident bir neçə səfiri vəzifəsindən geri çağırıb
Xəbər lenti
0