Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya hərbi-texniki əməkdaşlıq sahəsindəki hesablamalarda avro və dollardan imtina edib

© Sputnik / Pavel Bednyakov / Mediabanka keçidArmi
Armi - Sputnik Azərbaycan, 1920, 15.08.2022
Abunə olmaq
"Rosoboroneksport"un rəhbəri Aleksandr Mixeyev deyib ki, Rusiya ABŞ və Qərb ölkələrinin güclü təzyiqi altındadır.
BAKI, 15 avqust — Sputnik. Rusiya hərbi-texniki əməkdaşlıq (HTƏ) çərçivəsində hesablaşmalar üçün avro və dollardan və SWIFT vasitəsilə ödənişlərdən imtina edib. Bunu "Rosoboroneksport"un rəhbəri Aleksandr Mixeyev jurnalistlərə bildirib.
"Bu gün hərbi-texniki əməkdaşlıq müqavilələrinə xidmət göstərən bank sistemi avro və dollar zonalarında işləmir və SWIFT-dən istifadə etmir... Bizdə tərəfdaş bankların mexanizmlərindən istifadə etməklə daha çevik hesablaşma sistemi və qapalı valyuta sxemi var və biz bunu uğurla həyata keçiririk. Bu gün biz hind rupisi, Çin yuanı ilə işləyirik, rublla işləyirik", - deyə Mixeyev bildirib.
Mixeyev qeyd edib ki, Rusiya ABŞ və Qərb ölkələrinin güclü təzyiqi altındadır.
"Söhbət absurdluq həddinə çatıb. Gəmilərimizə limanlara girməyə, dok, müşayiət, liman xidmətlərini həyata keçirməyə imkan vermirlər", - deyə o əlavə edib.
Xəbər lenti
0