Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

TƏBİB Ağdam xəstəxanasının 12 əməkdaşının zəhərlənməsi ilə bağlı məlumat yayıb

© AFP 2023 / PIERO CRUCIATTIXəstəxana, arxiv şəkli
Xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.08.2022
Abunə olmaq
Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş verən zəhərlənmə ilə bağlı prokurorluqda araşdırma aparılır.
BAKI, 9 avqust - Sputnik. Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir.
Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir.
Zəhərlənmənin səbəbi araşdırılır.
****
Ağdam Rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.
APA-nın xəbərinə görə, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində - Poliklinika şöbəsində dezinfeksiya işlərinin aparılması olub.
İlkin məlumata görə, şöbədə çalışan 12 nəfər dezinfeksiya tədbirləri zamanı istifadə olunan maddədən zəhərlənib. Onlar hazırda xəstəxanada müalicə olunur.
Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş verən zəhərlənmə ilə bağlı prokurorluqda araşdırma aparılır.
İftar süfrəsi - Sputnik Azərbaycan, 1920, 19.04.2022
HADİSƏ
İftar süfrəsində kütləvi zəhərlənmə niyə baş verib? AQTA və Prokurorluq işə qarışdı
Xəbər lenti
0