Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Neftçi" yeni hücumçu transfer edib

© AFP 2023 / PAUL ELLISFutbolçu, arxiv şəkli
Futbolçu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.08.2022
Abunə olmaq
Paytaxt təmsilçisi Gürcüstan millisinin hücumçusu Vato Arzeladzeni transfer edib.
BAKI, 8 avqust — Sputnik. "Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib. Bu barədə klubun rəsmi saytında məlumat verilib. Paytaxt təmsilçisi Gürcüstan millisinin hücumçusu Vato Arzeladzeni transfer edib.
Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində çıxış edir. Paytaxt təmsilçisi Bakıdakı ilk qarşılaşmasında "Rapid"ə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının I tur oyununda zədələnən "Neftçi"nin qapıçısı Aqil Məmmədovun burnu sınıb.
Xəbər lenti
0