DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna taxılını daşıyan ilk quru yük gəmisi İstanbula çatıb - Türkiyə Müdafiə Nazirliyi

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidQuru yük gəmisi, arxiv şəkli
Quru yük gəmisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Abunə olmaq
BMT-nin baş katibinin rəsmi nümayəndəsi bildirib ki, Ukraynadan taxıl daşıyacaq ilk gəmi reysi Moskva, Kiyev, Ankara və BMT nümayəndələri tərəfindən avqustun 3-də yoxlanılacaq.
BAKI, 2 avqust - Sputnik. Ukrayna taxılını daşıyan ilk quru yük gəmisi İstanbula yan alıb. Bu barədə Türkiyə Müdafiə Nazirliyi xəbər yayıb.
“Dünən Ukraynanın Odessa limanından çıxan qarğıdalı ilə yüklənmiş “RAZONI” quru yük gəmisi Bosfor boğazının Qara dənizin girişinə çatıb və ona ayrılan yerdə lövbər salıb”, - deyə hərbi idarədən bildirilib.
Xatırladdaq ki, Syerra Leone bayrağı altında "Razoni" quru yük gəmisi bazar ertəsi Moskva vaxtı ilə saat 9.20-də Odessa limanını tərk edib və avqustun 2-də İstanbula çatmalıdır.
Qarğıdalı ilə yüklənmiş gəminin hərəkət etdiyi dəhliz Qara dənizin şimal-qərb hissəsindən keçir.
Humanitar əməliyyat İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin tərkibində rusiyalı zabitlərin fəal iştirakı ilə planlaşdırılıb.
İyulun 22-də İstanbulda Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan saziş Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur.
Ukraynadan taxıl daşıyacaq ilk gəmi reysi Moskva, Kiyev, Ankara və BMT nümayəndələri tərəfindən avqustun 3-də yoxlanılacaq. Bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə deyib.
"Biz gözləyirik ki, gəmi sabah yan alacaq və BMT, Türkiyə, Rusiya və Ukrayna tərəfindən yoxlanılacaq", - deyə Düjarrik bildirib.
Xəbər lenti
0