CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Safıkürd su anbarına on iki ildən sonra ilk dəfə kifayət qədər su toplanıb

© Sputnik / Emin AlisahibSu anbarı, arxiv şəkli
Su anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.08.2022
Abunə olmaq
Goranboy Suvarma Sistemləri İdarəsinin rayonun 66 min hektardan çox əkin sahələrinin suvarılmasına xidmət etdiyi bildirilir.
BAKI, 1 avqust — Sputnik. Goranboyda Safıkürd su anbarına 12 ildən sonra ilk dəfə kifayət qədər su toplanıb. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bildiriblər ki, Goranboy Suvarma Sistemləri İdarəsi tərəfindən cari ilin 6 ayında əkin sahələrinə 958 ədəd subartezian quyuları vasitəsi ilə 190 min kubmetr, 16 ədəd nasos stansiyalar vasitəsi ilə 19 min kubmetr, təbii su mənbələrindən isə 18 min 500 kubmetr su verilib.
Suvarmanın mütəşəkkil aparılması üçün idarənin texnikaları ilə suvarma kanallarında lildən təmizləmə, nasos stansiyalarda və 380 ədəd subartezian quyularının nasoslarında təmir işləri aparılıb.
Bu il 12 ildən sonra Goranboy rayonunda yerləşən Safıkürd su anbarına ilk dəfə olaraq kifayət qədər su toplanıb. Bu da 20 min hektara yaxın sahənin suvarılmasına imkan yaradacaq.
Goranboy Suvarma Sistemləri İdarəsi rayon ərazisindən axan çay məcralarının təmizlənməsi istiqamətində də bir sıra işlər görür. Belə ki, Goran çayda uzun müddətli gələn sel sularının gətirdiyi lil qatı çay məcrasından texnikalar vasitəsi ilə çıxarılır. Görülən işlər təqribən 500 metrə yaxın məsafəni əhatə edir. Çay məcrasının təmizlənməsi nəticəsində suyun axınının da tənzimlənməsi həyata keçirilir. Hazırda lildən təmizləmə işlərinə 2 texnika cəlb olunub.
Qeyd edək ki, Goranboy Suvarma Sistemləri İdarəsi rayonun 66500 hektar əkin sahələrinin suvarılmasına xidmət edir. Bu sahələrin suvarılması çaylar, kanallar, nasos stansiya və subartezian quyuları vasitəsi ilə həyata keçirilir.
Xəbər lenti
0