DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mixeil Saakaşvili siyasətdən gedir: Resursları tükənib

© REUTERS / IRAKLI GEDENIDZEMixail Saakaşvili
Mixail Saakaşvili - Sputnik Azərbaycan, 1920, 30.07.2022
Abunə olmaq
Vəkili bildirib ki, eks-prezident hazırda siyasətlə maraqlanmır və bu mövzuda danışmır. İndi əsas məsələ onun sağlamlığı və həyat təhlükəsizliyidir.
BAKI, 30 iyul - Sputnik. Gürcüstanın üçüncü prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvili yaratdığı "Vahid Milli Hərəkat" (VMH) partiyasını tərk edir və bununla da siyasətdən gedir.
Bu barədə onun vəkili Valeri Qelbaxiani məlumat verib.
Bildirib ki, Gürcüstanın keçmiş prezidentinin siyasəti tərk etməsi onun səhhəti və həyat təhlükəsizliyi ilə bağlıdır.
Onun sözlərinə görə, M.Saakaşvilinin siyasi resursları tükənib. O, indi ancaq sağlamlığının qayğısına qalmalıdır. Eks-prezident hazırda siyasətlə maraqlanmır və bu mövzuda danışmır.
"İndi ancaq söhbət onun sağlamlığından və həyatından gedir", - deyə vəkil vurğulayıb.
Vəkilin bu bəyanatı VMH partiyası üzvlərinin təəccübünə səbəb olub. Partiya liderləri bu məsələdən xəbərsiz olduqlarını və bəyanatın onlar üçün gözlənilməz olduğunu bildirirlər.
Qeyd edək ki, artıq xeyli vaxtdır həbsdə olan M.Saakaşvili səhhətində ciddi problemlər yarandığı üçün "Viamed" xəstəxanasında müalicə alır. O bu xəstəxanaya mayın 12-də köçürülüb.
Xəbər lenti
0