Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İvan Neçayev: "Rusiya heç kimlə rəqabət aparmaq fikrində deyil"

© Sputnik / Mediabanka keçidQarabağdakı Rusiya sülhməramlıları, arxiv şəkli
Qarabağdakı Rusiya sülhməramlıları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.07.2022
Abunə olmaq
Diplomat Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının hansı prinsiplərə əsaslanmalı olduğunu açıqlayıb.
BAKI, 27 iyul — Sputnik. "Rusiya Cənubi Qafqazın sülh və firavanlıq regionuna çevrilməsinin tərəfdarıdır. O, regional fəaliyyətində yalnız yaradıcı gündəliyi təbliğ edir və heç kimlə rəqabət aparmaq fikrində deyil". Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev həftəlik brifinqdə deyib.
Diplomat Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının hansı prinsiplərə əsaslanmalı olduğunu açıqlayıb:

"Rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına gəlincə, dəfələrlə vurğuladığımız kimi bütün səylər Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına əsaslanmalıdır".

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Xəbər lenti
0