Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Avroviziya-2022" mahnı müsabiqəsi Böyük Britaniyada keçiriləcək

© Sem van der Wal / ANP / AFPAvroviziya
Avroviziya - Sputnik Azərbaycan, 1920, 26.07.2022
Abunə olmaq
Təşkilatçılar Ukraynadakı vəziyyətlə əlaqədar yarışın orada keçirilməməsi barədə qərar qəbul edildiyini bildiriblər.
BAKI, 26 iyul — Sputnik. "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi Ukraynada deyil, Böyük Britaniyada keçiriləcək. Bu barədə Rusiya mediası təşkilatçılara istinadən xəbər verib.
"Avropa Yayım Birliyi (EBU) və BBC "Avroviziya-2023" mahnı müsabiqəsinin Böyük Britaniyada keçiriləcəyini təsdiqləyir" - deyə müsabiqənin saytında bildirilib.
Eyni zamanda, Ukraynanın "böyük beşlik" (müsabiqənin yaradılmasına ən çox töhfə vermiş ölkələr) ilə birlikdə avtomatik olaraq yarışın qrand-finalına çıxacağı da bildirilir ki, bu da reqlamentə əsasən, həmişə yarımfinalda iştirak etmədən finala yüksəlmək deməkdir. Təşkilatçılar həmçinin qarşıdakı şouda "Ukrayna elementlərini" də daxil etmək niyyətindədirlər.
Müsabiqənin keçiriləcəyi şəhər daha sonra müəyyənləşəcək.
Bu yaxınlarda təşkilatçılar Ukraynadakı vəziyyətlə əlaqədar yarışın orada keçirilməməsi barədə qərar qəbul edildiyini bildiriblər. Müsabiqənin keçirilmə yerinin dəyişilmə qərarı "təhlükəsizlik məqsədilə" qəbul edilib. Böyük Britaniyada mahnı müsabiqəsinin keçirilməsi variantı nəzərdən keçirilib.
İtaliyanın Turin şəhərində keçirilən "Avroviziya-2022" mahnı müsabiqəsinin qalibi "Stefania" kompozisiyası ilə Ukraynanın Kaluş Orkestri qrupu olub. Böyük Britaniya təmsilçisi Sem Rayder "Space man" mahnısı ilə ikinci yeri tutub, finalda isə o, 466 xal toplayıb. Rusiya bu il Ukraynadakı vəziyyətlə əlaqədar olaraq müsabiqədə iştirakdan kənarlaşdırılıb.
Xatırladaq ki, "Avroviziya" mahnı müsabiqəsi 1956-cı ildən keçirilir.
Xəbər lenti
0