DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropanın qaz bazarı çökmək üzrədir - Almaniya İqtisadiyyat İnstitutu

© AFP 2023 / LENNART PREISSUniper Energy Storage əməkdaşı Almaniyanın cənubundakı Biervanqda yürüstü təbii qaz anbarını yoxlayır
Uniper Energy Storage əməkdaşı Almaniyanın cənubundakı Biervanqda yürüstü təbii qaz anbarını yoxlayır - Sputnik Azərbaycan, 1920, 17.07.2022
Abunə olmaq
Ehtimal olunan enerji çatışmazlığı ilə bağlı Avropa ölkələri enerjini bir-biri ilə bölüşməlidirlər, əks halda onlar fəlakətlə üzləşəcəklər.
BAKI, 17 iyul - Sputnik. Avropa İttifaqı (Aİ) ölkələri enerji ehtiyatlarının çatışmazlığı vəziyyətində qonşuları ilə yanacağı bölüşdürməkdən imtina edərlərsə, Avropa qaz bazarı çökə bilər. Sputnik Qrğızıstan xəbər verir ki, bunu Almaniya İqtisadiyyat İnstitutunun direktoru Mixael Xyuter yerli nəşrlərdən birinə müsahibəsində deyib.
Onun fikrincə, Aİ üzvləri yalnız öz maraqlarını düşünsələr və yanacaq çatışmazlığı olanda tədarükləri kəssələr, biznes və istehlakçılar bu qərarın fəlakətli nəticələri ilə üzləşəcəklər.
Almaniyanın “Handelsblatt” nəşri qeyd edir ki, Avropa ölkələri yanacaq çatışmazlığı zamanı fasiləsiz olaraq yanacaq mübadiləsini təmin etməli olan həmrəylik sazişlərinin bağlanmasında çətinliklərlə üzləşəcəklər.
Uniper Energy Storage şirkətinin əməkdaşı Almaniyanın cənubundakı Biervanqda yürüstü təbii qaz anbarını yoxlayır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.07.2022
RUSİYA
Rusiya qazı olmasa Almaniya qışdan salamat çıxa biləcəkmi?
Xəbər lenti
0