Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Saatlı yaxınlığında xam şəkər daşıyan 3 yük vaqonu aşıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidПоезд в тоннеле, фото из архива
Поезд в тоннеле, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.07.2022
Abunə olmaq
Yaxın saatlarda Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olunacaq.
BAKI, 10 iyul - Sputnik. Dünən saat 20:30 radələrində dəmir yolunun Saatlı stansiyasının yaxınlığında hadisə baş verib.
Azərbaycan Dəmir Yollarından daxil olan məlumata görə, Qara dənizdən ölkəmizə xam şəkər daşıyan Gürcüstan dəmir yollarına məxsus 3 yük vaqonu aşıb. İlkin ehtimala görə, hadisəyə vaqonlardan birində texniki nasazlıq (təkər cütü oxunun boynunun sınması) səbəb olub. Əraziyə "Azərbaycan Dəmir Yollar" QSC-nin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti cəlb edilib. Baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər icra olunur.
Qeyd edək ki, qəza zamanı həlak olan və ya xəsarət alan yoxdur. Dəmir yolu infrastrukturuna dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Yaxın saatlarda Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olunacaq.
Xəbər lenti
0