Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya BMT TŞ-nin Türkiyənin Cilvegözü Sərhəd Qapısı ilə bağlı qərarına veto qoyub

© AFP 2023 / KIRILL KUDRYAVTSEVВид на Кремль
Вид на Кремль - Sputnik Azərbaycan, 1920, 08.07.2022
Abunə olmaq
Rusiya BMT-nin Təhlükəsizlik Şurasında Türkiyənin Cilvegözü Sərhəd Qapısından Suriyaya humanitar yardımın aparılmasına icazə verən mexanizmin uzadılmasına veto qoyub.
BAKI, 8 iyul - Sputnik. Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyaya transsərhəd yardım mexanizminin uzadılmasına dair Qərbin qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə edib.
Belə ki, Rusiya BMT-nin Təhlükəsizlik Şurasında Türkiyənin Cilvegözü Sərhəd Qapısından Suriyaya milyonlarla insana humanitar yardımın aparılmasına icazə verən mexanizmin uzadılmasına veto qoyub.
Təhlüksizlik Şurasının 15 üzvündən 13-ü qərarı dəstəklədiyi halda, Rusiya qərara veto qoyub, Çin isə bitərəf qalıb.
İrlandiya və Norveç tərəfindən hazırlanan sənəddə mexanizmin bir il - 2023-cü ilin iyul ayına qədər davam etdirilməsi nəzərdə tutulurdu.
Cilvegözü Sərhəd Qapısından Suriyaya humanitar yardımın aparılmasına icazə verən mexanizmin səlahiyyət müddəti iyulun 10-da başa çatır.
Xəbər lenti
0