Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb ölkələri G20-də Rusiyanı tənqid etmək fikrinə düşüblər - Lavrov

© SputnikRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 08.07.2022
Abunə olmaq
Rusiya XİN rəhbəri bildirib ki, Qərb ölkələrinin nümayəndələri söz alan kimi dərhal Rusiyanı tənqid etməyə başlayıblar.
BAKI, 8 iyul — Sputnik. Qərb ölkələri G20 xarici işlər nazirlərinin toplantısında iqtisadiyyatdakı problemləri müzakirə etmək əvəzinə, Rusiyanı tənqid etmək fikrinə düşüblər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Qərb ölkələrinin nümayəndələri söz alan kimi dərhal Rusiyanı tənqid etməyə başlayıblar:

"Müzakirələr zamanı Qərb tərəfdaşları qlobal iqtisadi məsələlərin həlli üçün G20 mandatına əməl etməkdən, BMT çərçivəsində davamlı inkişafla bağlı qərarların qəbul edilməsinin mümkün olması üçün razılaşmalar tapmaqdan yayındılar. Onlar söz alan kimi Ukraynadakı vəziyyətlə bağlı Rusiyanın tənqidinə başladılar".

Almaniyanın xarici işlər naziri Annalena Berbok bir müddət əvvəl G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünün Rusiyanın Ukraynada hərbi xüsusi əməliyyatını davam etdirməsi fonunda Rusiya nümayəndə heyətinin "geniş təcrid olunması" ilə baş tutacağını bildirmişdi. Onun sözlərinə görə, G7 ölkələrinin nümayəndələri Lavrovla əlaqə saxlamayacaq və şəkil çəkdirməyəcəkləri barədə razılığa gəliblər.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0