Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ölkə şizofreniya xəstələri üçün kabusa dönüb: Dörd aydır dərman tapılmır - VİDEO

© AFP 2023 / PATRICK T. FALLONDərman
Dərman  - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatlara başlamasından dərhal sonra yoxa çıxan dərmanlar həkimləri, xəstələri və xəstə yaxınlarını
BAKI, 7 iyul — Sputnik. "Şizofreniya xəstələri dörd aydır ki, "Haloperidol" dərmanını tapa bilmir.
Bunu şizofreniya xəstəsi Adil Mehdiyev (şərti ad-red.) Sputnik Azərbaycan-a şikayətində deyib.
Uzun müddətdir şizofreniya xəstəliyindən əziyyət çəkdiyini bildirən Mehdiyev deyib ki, kurs müalicəsi bitib, lakin yenə də əvvəlki kimidir:
"Özümü daim depressiyada hiss edirəm, mütəmadi olaraq içimdə gərginlik, böyük narahatlıqlar var, yuxusuzluq mənim üçün bir başqa kabusa çevrilib. Dərmansız zülmlə yaşayıram. Nə etsəm də, heç nəyin davranışıma xeyri yoxdur. Özümü ələ ala, hisslərimi idarə edə bilmirəm. O dərman baha da olsa, ondan başqa heç nəyin mənə faydası yoxdur. Nəfəs hərəkətləri edirəm, sakitləşdirmək üçün şalfey çayı içirəm, amma təbii ki, bu cür ciddi xəstəliyin qarşılığında onların faydası çox cüzidir".
Psixiatr Orxan Fərəcli də deyib ki, psixiatriya ilə cüzi də olsa əlaqəsi olan hər kəs "Haloperidol" dərmanı haqda məlumatlıdır. Kardiologiyada aspirin necə xüsusi əhəmiyyətə malikdirsə, psixiatriyada da "haloperidol" eyni dərəcədə önəmlidir.
"İllərdir bir çox şizofreniya xəstəsinin təməl ehtiyaclarından olan bu dərman son vaxtlar tapılmır. Biz həkimlərin, bu dərmanı istifadə edən xəstə və yaxınlarının vəziyyətini onsuz təsəvvür etmək çətindir", - həkim deyib.
Əczaçılar 4 aydır ki, dərmanın yoxa çıxması ilə bağlı səsləndirilən fikirləri təsdiqləyiblər, lakin səbəblərindən məlumatsız olduqlarını bildiriblər.
Azərbaycana əsasən Rusiya, Belarus və Ukraynadan gətirilən bu dərmanın yoxa çıxmasının səbəbi kimi Ukraynadakı hadisələr göstərilir.
Alternativ dərmanlar kimi "Zolomaks", "Fezam", "Afabazol", "Sinnarizin", "Magne b6", "Boyarışnik"in adları çəkilsə də, bu dərmanların heç biri "Haloperidol" qədər effektiv deyil.
Xəbər lenti
0