SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev iranlı həmkarı ilə görüşüb

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi
Prezident İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi  - Sputnik Azərbaycan, 1920, 29.06.2022
Abunə olmaq
Azərbaycan və İran prezidentlərinin Aşqabadda keçirilən görüşü VI Xəzər sammiti çərçivəsində baş tutub.
BAKI, 29 iyun — Sputnik. Azərbaycan və İran prezidentləri İlham Əliyevİbrahim Rəisi Aşqabadda keçirilən VI Xəzər sammiti çərçivəsində görüşüb.
Qeyd edək ki, bu gün Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə də görüşü olub.
Sammit çərçivəsində Azərbaycan lideri Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfərə gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0