Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Xəzərdə İran mallarının əsas idxalçısıdır

© AFP 2023 / STRLimanda konteynerlər, arxiv şəkli
Limanda konteynerlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.06.2022
Abunə olmaq
Qonşu ölkənin Gömrük İdarəsindən bildirilib ki, Rusiya Xəzərdəki qonşuları arasında İran üçün əsas mənbəyə çevrilib və İslam Respublikası üçün 319,1 milyon dollar dəyərində 443,7 min ton məhsul satıb.
BAKI, 29 iyun — Sputnik. Azərbaycan martın 21-dən mayın 21-dək (İranda yeni il martın 21-də başlayır - red.) iki aylıq dövr ərzində Xəzər dənizində İran mallarının idxalçıları arasında birinci olub. Bunu İran Gömrük İdarəsinin sözçüsü Ruhullah Lətifi deyib.
Bu dövrdə İran Xəzəryanı ölkələrin qalan hissəsinə 263,19 milyon dollardan çox dəyərdə 646,4 min ton məhsul ixrac edib. İxrac həcminin 14 faiz azalmasına baxmayaraq, ixrac edilmiş məhsulun dəyəri 17 faiz artıb.
Belə ki, Azərbaycan iki ayda 115 milyon dollar dəyərində 121,3 min ton İran malı idxal edib.
Sonrakı yerdə 68,6 milyon dollar dəyərində 198,7 min ton idxalla Rusiya, 58,602 milyon dollar dəyərində 232,4 min ton malla Türkmənistan və 20,854 dollar dəyərində 94 min ton alışla Qazaxıstan gəlir.
İranın idxalına gəlincə, Rusiya Xəzərdəki qonşuları arasında İran üçün əsas mənbəyə çevrilib. Rusiya İrana 319,1 milyon dollar dəyərində 443,7 min ton məhsul satıb.
İranın Xəzəryanı ölkələrlə ticarət həcmi iki aylıq dövrdə (martın 21-dən mayın 21-dək) ​​keçən ilin eyni dövrü ilə müqayisədə 10% artıb.
Ümumilikdə, bu iki ayda İran 16,6 milyard dollar dəyərində 22,2 milyon tondan çox qeyri-neft məhsulları ixrac edib.
Xatırladaq ki, bu gün Aşqabadda beş ölkənin - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderlərinin iştirakı ilə VI Xəzər Sammiti keçirilir.
Sammit ərəfəsində, iyunun 28-də Türkmənistanın paytaxtında Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin (XİN) iclası keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0