Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu yaradılır

© AFP 2023 / YURI CORTEZVenesuela bayrağı
Venesuela bayrağı - Sputnik Azərbaycan, 1920, 29.06.2022
Abunə olmaq
Bundan öncə Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu yaradılıb
BAKI, 29 iyun - Sputnik. Parlamentdə “Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsinə baxılıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov layihə haqqında məlumat verərək bildirib ki, Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu yaradılır. Bundan öncə Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu yaradılıb. Venesuela prezidenti Azərbaycanda 3 dəfə səfərdə olub. Böyük ölkə olan Venesuela ilə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun yaradılması çox vacibdir. İşçi Qrupun rəhbəri deputat Tamam Cəfərova seçilib.
Məsələ səsə qoyularaq qəbul edilib.
Xəbər lenti
0