CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyevadan Avropa və Dünya çempionatları mükafatçılarına təbrik

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Abunə olmaq
Birinci vitse-prezident qeyd edib ki, idmançılarımızın qələbəsi mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur.
BAKI, 24 iyun - Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram* səhifəsində Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib.
Təbrikdə deyilir:
“Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm. Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur. Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram”.
* Rusiya Federasiyasında ekstremist kimi tanınan Meta korporasiyasına məxsus olduğu üçün Rusiyada qadağan olunub
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0