CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dönər istehsalı və satışı ilə məşğul olan müəssisələrdə yoxlama başlanılıb

Dönər  - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Abunə olmaq
AQTA dönər istehsalı və satışı ilə məşğul olan müəssisələrdə yoxlama həyata keçirib.
BAKI, 24 iyun — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi üzrə aparılan nəzarət tədbirlərini davam etdirir. Həmin tədbirlər çərçivəsində Agentlik tərəfindən 2022-ci ilin 1 may - 22 iyun tarixlərində ümumilikdə dönər istehsalı və satışı ilə məşğul olan 9 müəssisədə yoxlama həyata keçirilib.
Yoxlamalar zamanı sahibkarlar tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət olunmadığı müəyyən edilib. Belə ki, 9 müəssisədə sanitariya-gigiyena norma və qaydalarına əməl edilməməsi, 3 müəssisədə məhsulların saxlanması zamanı mal qonşuluğu qaydalarının və temperatur rejiminin pozulması, 1 müəssisədə isə məhsulun etiketlənməsinə dair tələblərə riayət olunmaması faktı aşkarlanıb.
Aşkar edilən nöqsanlarla əlaqədar sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib olunmaqla cərimə tətbiq edilib.
Xatırladaq ki, bir neçə həftə öncə Şəmkirdə dönərdən zəhərlənmə faktı qeydə alınıb. Hadisə rayonun 5-ci küçəsində yerləşən "Mahmud" dönər satışı məntəqəsində qeydə alınıb. Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yadım göstərilib. Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər. Hazırda fakt araşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0