Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qaradağ GES üçün günəş panellərinin tədarükçü şirkəti müəyyən edilib

© AFP 2023 / BEN STANSALL Günəş Panelləri
 Günəş Panelləri - Sputnik Azərbaycan, 1920, 20.06.2022
Abunə olmaq
Qaradağda 230 MVt gücündə olan günəş elektrik stansiyası karbon tullantılarını ildə 200 min tondan çox azaldacaq.
BAKI, 20 iyun — Sputnik. "LONGi" (Çin) və "Masdar Source Trading Company" (BƏƏ) şirkətləri arasında Qaradağ Günəş Elektrik Stansiyası (GES) layihəsi üçün yüksək effektiv panellərin tədarükü haqqında saziş imzalanıb.
"Masdar Source Trading Company" şirkəti Qaradağ GES-in tikintisi ilə məşğul olan "Masdar"ın törəmə şirkətidir.
Əbu-Dabidə keçirilən sazişin imzalanma mərasimində "LONGi" şirkətinin nümayəndəsi Tszya Çao bildirib ki, onun şirkəti Azərbaycanı təmiz enerji layihələrində dəstəkləmək üçün "Masdar" ilə əməkdaşlığa ümid edir.
Qaradağ GES-in tikinti layihəsi Azərbaycanda ilk iri kommunal miqyaslı günəş enerjisi layihəsidir ki, bu da ölkənin sosial-iqtisadi dayanıqlığına töhfə verəcək enerji təchizatının şaxələndirilməsinə zəmin yaradacaq.
Qaradağ rayonunda günəş elektrik stansiyasının təməli 15 mart 2022-ci ildə qoyulub.
Azərbaycanın Energetika Nazirliyi, "Azərenerji" ASC və "Masdar" şirkəti (BƏƏ) arasında bu yaxınlarda Abşeronda günəş stansiyasının tikintisi layihəsinin həyata keçirilməsinə dair sənədlər paketi imzalanıb.
Layihəyə qoyulan sərmayələr "Masdar" şirkətinin qoyacağı 225 milyon dolları təşkil edəcək. Layihə "build-own-operate" (tikinti - sahiblik - istismar - red.) prinsipi ilə həyata keçiriləcək.
Qaradağ GES-in 2023-cü ilin payızında istifadəyə verilməsi gözlənilir. Stansiyada 50 mindən çox günəş paneli quraşdırılacaq ki, bu da 550 hektar ərazini və 110 min ev təsərrüfatını əhatə edəcək. Layihə karbon tullantılarını ildə 200 min tondan çox azaldacaq, həmçinin yerli əhali üçün iş yerləri yaradacaq.
Qaradağ GES-in quraşdırılmış gücü 230 MVt olacaq, burada ildə 500 milyon kVt/saat elektrik enerjisi istehsal ediləcək.
Xəbər lenti
0