Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan əhalisinin sayı nə qədərdir?

© Sputnik / Murad OrujovBakıda küçədə insanlar, arxiv şəkli
Bakıda küçədə insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.06.2022
Abunə olmaq
Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda ötən illə müqayisədə ölüm səviyyəsi azalıb. Doğulanların sayında isə artım müşahidə olunur
BAKI, 18 iyun — Sputnik. Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 16812 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il may ayının 1-i vəziyyətinə 10173178 nəfərə çatıb.
Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 23 748 ölüm halı qeydə alınıb. Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,0-dan 7,2-yə düşüb.
Dövlət Statistika Komitəsi bu il Azərbaycanda doğulan əkiz və üçəmlərin sayını açıqlayıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında ölkə üzrə 40 036 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (12,1) qalıb.
Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,2 faiz, qızların xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 1 144-ü əkiz, 60-ı isə üçəm doğulanlardır.
Bu ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 18506 nikah və 5043 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən məlumat verilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 5,6-ya qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.
Xəbər lenti
0