DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Nazarbayevə cinayət işi açılacaqmı? - Ədliyyə naziri cavab verdi

© AFP 2023 / EMMANUEL DUNANDNursultan Nazarbayev, arxiv şəkli
Nursultan Nazarbayev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.06.2022
Abunə olmaq
Qazaxıstan ədliyyə naziri bildirib ki, Qazaxıstan qanunvericiliyində Elbası haqqında ayrıca maddə olmayacaq.
BAKI, 16 iyun — Sputnik. Nazarbayevi təhqir etməyə görə məsuliyyətlə bağlı müddəa Qazaxıstan qanunvericiliyindən çıxarılacaq.
Qazaxıstanda ölkənin birinci prezidenti, Elbası Nursultan Nazarbayevin təhqir olunmasına görə məsuliyyətlə bağlı ayrıca müddəa qanunvericilikdən çıxarılacaq və Cinayət Məcəlləsinin prezidentin şərəf və ləyaqətinin toxunulmazlığına dair ümumi maddəsi qüvvədə qalacaq. Bu barədə Qazaxıstan ədliyyə naziri Kanat Musin bildirib.
"İndi Konstitusiyadan Elbasına (millət lideri) aid edilən bütün istinadlar çıxarıldığı üçün bu, ümumi normaya - Konstitusiyanın 46-cı maddəsinə, prezidentin şərəf və ləyaqətinin toxunulmazlığına çevriləcək", - Musin Senatda jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Elbasının təhqir olunması ilə bağlı ayrıca maddənin ləğv ediləcəyini təsdiqləyib.
"Ölkə prezidentinin təhqir olunması ilə bağlı başqa maddə var, o qalacaq, amma Elbası haqqında ayrıca maddə olmayacaq", - nazir vurğulayıb.
Ədliyyə Nazirliyinin rəhbəri Nazarbayevin məsuliyyətə cəlb oluna biləcəyi ilə bağlı suala da münasibət bildirib.
"Konstitusiyaya görə, Qazaxıstan prezidenti yalnız dövlətə xəyanətə görə məsuliyyət daşıyır, digər cinayətlərə görə məsuliyyət daşımır", - Musin cavab verib və əlavə edib ki, Nazarbayevə qarşı cinayət işi açıla bilməz.
Xatırladaq ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciətində bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Xəbər lenti
0