Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı: 2:0

© Sputnik / Murad OrujovAzərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunu
Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunu - Sputnik Azərbaycan, 1920, 13.06.2022
Abunə olmaq
"Dalğa Arena"da Azərbaycan və Belarus yığmalarının görüşünün ilk hissəsində hesab açılmasa da, ikinci hissədə Mahir Emreli və Ramil Şeydayev baxımlı qola imza atıblar.
BAKI, 13 iyun - Sputnik. Bu gün Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunu keçirilib.
"Dalğa Arena"da oynanılan qarşılaşmanın ilk hissəsində hesab açılmayıb.
Lakin qarşılaşmanın ikinci hissəsində, 76-cı dəqiqədə Azərbaycan millisi hesabı açıb.
Mahir Emreli baxımlı qola imza atıb.
85-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdirməyə yaxın olsalar da, istəklərinə çata bilməyiblər. 87-ci dəqiqədə isə Ramil Şeydayev qapıçı səddini keçə bilməyib. Şeydayev 90+3-cü dəqiqədə topu rəqib qapıdan keçirməklə fərqi daha da artırıb.
Beləliklə, rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.
Görüşü Anastasios Papapetrunun rəhbərlik etdiyi yunanıstanlı hakimlər idarə ediblər.
Oyunda Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov zədələnib. İsrafilovun yerinə 59-cu dəqiqədə meydana Coşqun Diniyev daxil olub.
Azarkeş meydana daxil olub
Azərbaycan və Belarus milli komandaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra meydana azarkeş daxil olub.
Yığmanın qapıçısı Şahruddin Məhəmmədəliyevə yaxınlaşan fanat onunla şəkil çəkdirmək istəyib.
Təhlükəsizlik xidmətinin əməkdaşları dərhal həmin şəxsi meydançadan kənarlaşdırmaq istəsələr də, qolkiper buna mane olub və azarkeşin arzusunu həyata keçirib.
Qrupda vəziyyət necədir?
Qrupun digər matçında Qazaxıstan evdə Slovakiyaya qalib gəlib - 2:1.
Komandalar arasında II tura təsadüf etmiş matçda qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, III turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya 0:1 hesabı ilə yenilib, III turda Qazaxıstanla heş-heçə edib - 1:1. Dörd oyundan sonra Qazaxıstan seçməsi 10 xalla liderdir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə iki xalla sonuncu yerdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0